AZƏRBAYCAN
Prezident İlham Əliyev Qaxda ulu öndər Heydər Əliyevin abidəsinin açılışında iştirak etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonuna gəlmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə 20 Yanvar və Azərbaycan küçələrinin kəsişməsində yerləşən şəhər parkına gəldilər.
Dövlət başçısı ulu öndər Heydər Əliyev abidəsinin üzərindən ağ örtüyü götürdü. Prezident İlham Əliyev və xanımı abidənin önünə gül dəstələri qoydular.
Parkda görülmüş işlərdən razılığını bildirən Dövlət başçısı burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etdi.
QAX. 19.09.2008.