• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


AZƏRBAYCAN

OMBUDSMAN QAX RAYONUNA SƏFƏR ETMİŞDİR

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkə Prezidentinin müvafiq Sərəncamı ilə qəbul edilmiş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə respublikamızın bölgələrində səfərdə olmuşdur.
Ombudsmanın Qax rayonuna səfəri zamanı keçirilən tədbirdən əvvəl iştirakçılar Mərkəzi meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər.
Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bu tədbirin təşkilinə görə Ombudsmana minnətdarlığını bildirmiş, ölkəmizdə bir çox istiqamətlərdə, o cümlədən insan hüquqları sahəsində fəaliyyətin və MFP-nın əhəmiyyətini qeyd etmişdir,
İnsan Hüquqları üzrə Müvəkkil E.Süleymanova rayon sakinlərini salamlamış, burada keçirilən ictimai dinləmənin əhəmiyyətini vurğulamış, ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırmışdır.
Müzakirələrdə çıxış edənlər ölkədə, o cümlədən rayonda insan hüquq və azdlıqlarının müdafiəsi və təxmini istiqamətində görülən işlərdən bəhs etmiş, fikir mübadiləsi aparmışlar.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
46
427
41553