AZƏRBAYCAN
DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin xətti ilə “Qax, Zaqatala və Balakən rayonlarında yaşayan milli azlıqların milli mədəniyyətinin inkişafına dəstək” layihəsi çərçivəsində “Milli ənənə və adətlərin qorunması və inkişaf etdirməyin başlıca yolları” mövzusunda rayon Mərkəzi Kitabxanasında dəyirmi masa keçirilmişdir.
Giriş sözü ilə tədbiri layihənin koordinatoru və eyni zamanda təşkilatın rəhbəri Elmira Mehdiyeva açaraq iştirakçıları müzakirənin məqsəd və məramı ilə tanış etmişdir. Bildirmişdir ki, təşkilat bu layihəni 30 iyul 2011-ci il tarixədək yerinə yetirəcəkdir.
RİH başçısının Təhsil, Səhiyyə və Mədəniyyət üzrə müavini Ziyafət Xasiyeva çıxış edərək Qax rayonunda azsaylı xalqların nümayəndələrinin mehriban qonşuluq və dostluq şəraitində yaşadıqlarını, hər xalqın öz milli-mənəvi dəyərlərini qoruyub saxladığını, mədəniyyətlərin bir-birinə qovuşduğunu və bunun səmərəli nəticələr verdiyini vurğulamışdır.
Dəyirmi masanın iştirakçıları ölkədə, həmçinin rayonda milli azlıqların milli mədəniyyətin, adət-ənənələrinin və sosial müdafiəsinin qorunması istiqamətində aparılan işlərdən razılıq etmişlər.
Tədbirdə “Zaqatala” qəzetinin redaktoru və layihənin rəhbəri İbrahim İbrahimov da iştirak etmişdir.