• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


AZƏRBAYCAN

Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumuna Hazırlıqla Əlaqədar Regional Tədbir Keçirilmişdir

12 iyul 2011-ci il tarixdə Qax rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xətti ilə Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumuna xüsusi meyarlara cavab verən uşaqların seçilməsi məqsədilə regional tədbir keçirilmişdir. Tədbirdə Qax, Oğuz, Balakən, Zaqatala, Qəbələ, İsmayıllı rayonlarından və Şəki şəhərindən Azərbaycan Uşaqlarının II Ümumrespublika Forumuna nümayəndə kimi təqdim olunan uşaqlar, Təhsil şöbələrinin nümayəndələri, müəllimlər, valideyinlər iştirak etmişdir. Tədbirdə hər rayondan təqdim edilən uşaqlarla fərdi müsahibə aparılmışdır.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak etmişdir.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
3
255
100198