AZƏRBAYCAN
ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ GƏLİŞİNİN 42-Cİ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 42-ci ildönümü münasibətilə iyulun 14-də Qax Rayon İcra Hakimiyyətinin akt zalında toplantı keçirilmişdir.
Toplantıdan əvvəl rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalıları və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, müdrik siyasətçinin xilaskarlıq missiyasından, respublikamıza rəhbərlik etdiyi dövrlərdə əldə olunan uğurlardan danışmışdır. Natiq qeyd etmişdir ki, 1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışı isə müasir Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi daxil olmuşdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin siyasətini çox uğurla davam etdirdiyini, Ümummilli Lider Heydər Əliyevin hər zaman bizimlə, daim onu sevən xalqımızın qəlbində olduğunu vurğulayan RİH başçısı Ulu Öndərimizin əziz xatirəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirmişdir. Ulu Öndərimizin əziz xatirəsi yaddaşlardan heç vaxt silinməyəcəkdir.
Tədbir iştirakçıları dahi rəhbərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
RİH İctimai təşkilatlar və Siyasi partiyalarla iş şöbəsinin müdiri Məhərrəm Məhərrəmovun “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzəsi dinlənilmişdir.
Digər çıxış edənlər Ümummilli Liderin hakimiyyətdə olduğu illərdə Azərbaycanın qazandığı uğurlar barədə danışmış, Ulu Öndərin başladığı uzaqgörən daxili və xarici siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.
Çıxışlardan sonra Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.