AZƏRBAYCAN
"DİLİMİZ MİLLİ SƏRVƏTİMİZDİR" MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, 2001-ci il avqustun 1- də ölkəmizdə kiril əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi ilə bağlı hər il bu tarixi gün əlamətdar hadisə kimi qeyd edilir.
Bu münasibətlə Qax Rayon Mərkəzi Kitabxanasında “Dilimiz milli sərvətimizdir” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbiri RİH başçısının Təhsil, Səhiyyə və Mədəniyyət üzrə müavini Ziyafət Xasıyeva açaraq, Ümummilli Liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-nin ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edildiyini diqqətə çatdırmış, ana dilimizin ulu babalardan miras qalmış ən qiymətli milli sərvət olduğunu bildirmiş, dilimizin inkişaf mərhələləri barədə danışmışdır.
“Dəyirmi masa”da mərkəzi kitabxananın direktor müavini Ahidə Əfəndiyevanın “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda məruzəsi dinlənilmişdir.
Tədbirdə həmçinin “Azərbaycan dilinin tarixi inkişaf mərhələləri”, “Dilimiz milli sərvətimizdir” “Hər bir xalq öz dili ilə tanınır” və digər mövzularda çıxışlar olmuş, tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.