• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


AZƏRBAYCAN

BİLİK GÜNÜ-YENİ MƏKTƏBDƏ İLK ZƏNG

Sentyabrın 15-də Qipçaq kəndində müasir tipli avadanlıq və kabinetlərlə təchiz olunmuş, dünya standartlarına cavab verən yeni 180 şagird yerlik tam orta məktəbin binası istifadəyə verildi.
Mərasimdə RİH başçısı Musa Şəkiliyev, məktəbin inşasını həyata keçirən podratçı təşkilat olan “Real İnşaat” MMC-nin sədri Nizami Allahverdiyev iştirak etdi. Təbrik üçün rayonun bir sıra idarə və müəssisə kollektivlərinin, məktəblərin nümayəndələri də gəlmişdi.
Tədbiri giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev açdı. Qısa müddətdə dövlət vəsaiti hesabına inşa olunaraq ən müasir tələblərə cavab verən binanın Dövlət müstəqilliyimizin 20-ci ildönümü ərəfəsində inşa olunaraq istifadəyə verilməsini M.Xasiyev dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğının təzahürü, kənd sakinlərinə bayram hədiyyəsi kimi qiymətləndirdi.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Mərasimdə çıxış edən məktəbin direktoru Həsən Həsənov, xı sinif şagirdi Könül Cumayeva,valideyin Şükufə Şabanova, Qıpçaq kənd İƏD üzrə nümayəndə Qalib Həsənov kəndin təhsil ictimaiyyəti adından göstərilən yüksək diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, Rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırdılar.
RİH başçısı Musa Şəkiliyev çıxış edərək respublikamızda təhsilin inkişafı ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açdı. Qeyd etdi ki, ölkəmizin hər yerində olduğu kimi rayonumuzda o, cümlədən Qıpçaq bələdiyyəsini əhatə edən kəndlərdə də təhsilin maddi texniki bazasının möhkəmləndirilməsinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir.
Sonra RİH başçısı iştirakçıların alqış sədaları altında məktəb binasının rəsmi açılışını bildirənqırmızı lenti kəsdi.
Rəsmi açılış mərasimindən sonra məktəblilər qısa konsert proqramı ilə çıxış edərək öz sevinclərini ifa etdikləri şən mahnı, söylədikləri şeirlərlə tədbir iştirakçılarına çatdırdılar.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
3
255
100198