AZƏRBAYCAN
MİLLİ MUSİQİ GÜNÜNÜN TƏNTƏNƏSİ
Hər il sentyabrın 18-i ölkəmizdə dahi Üzeyirin anadan olduğu gün –Milli Musiqi günü kimi təntənə ilə qeyd olunur.
S.Vurğun adına rayon Mədəniyyət evində toplaşan rayon ictimaiyyətinin nümayəndələri, musiqisevənlər, məhz, Üzeyir dünyasının işığına yığışmışdılar.
Ən əvvəlcə möhtəşəm Himnimiz səsləndi. Sonra “Çeşmə” instrumental ansamblının ifasında Koroğlu uverturası ifa olundu. Uşaq incəsənət məktəbinin şagirdləri öz rəngarəng çıxışları ilə tədbir iştirakçılarına xoş anlar yaşatdılar. Mədəniyyət evinin üzvləri X.Camalova, Ə.Yəhyayev və A.Piranovun ifasında Üzeyir musiqisi səsləndi.