AZƏRBAYCAN
ƏLİBƏYLİ KƏNDİNƏ TƏBİİ QAZ ÇƏKİLİR

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq respublikamızın digər bölgələrində olduğu kimi, rayonumuzda da təbii qaz çəkilişimüvəffəqiyyətlə davam edir.
Bu il Marsan və Qorağan kəndlərinə təbii qaz verilmişdir. Bu, adamların böyük sevinc və razılığına səbəb olmuşdur.
Hazırda “Azəriqaz”İB-in vəsaiti hesabına Əlibəyli və Almalı kəndlərinin qazlaşdırılmasına başlanılmışdır. Əlibəylidə tikinti-quraşdırma işlərini “Azərtikinti-servis” ASC-nin 1 nömrəli ixtisaslaşdırılmış təmir-tikinti idarəsi aparır. 23400 metr uzunluğunda olan, 570 evə çəkiləcək qaz xətləri polietilen boru ilə, bir pilləsi sistemlə çəkiləcəkdir.