AZƏRBAYCAN
TARİXİMİZİN ŞANLI 20 İLİ

Bu günlər xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü böyük ruh yüksəkliyi, yüksək bayram ovqatı ilə qeyd edir. Müstəqillik xalqımızın əsrlərlə uğrunda mübarizə apardığı ən böyük nemətdir. Müstəqilliyə aparan yol isə heç də hanar deyil, bu yolda böyük itkilər, məhdudiyyətlər, çətinliklər var. Xalqımız ötən əsrdə iki dəfə öz müstəqilliyini qazanıb, əsrin əvvəllərində və sonunda.
Müstəqilliyin 20-ci ildönümü münasibətilə sentyabrın 23-də əllərində şüarlar, plakatlar, bayraqlar, gül-çiçək dəstələri tutmuş adaçlar müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə həyata keçirilən bayram tədbirlərinə tələsirdilər. Ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqına” 21 yanvar 2011-ci il tarixli sərəncamına əsasən rayon icra hakimiyyətinin müvafiq tədbirlər planına uyğun olaraq idarə, müəssisə kollektivlərində, yaşayış yerlərində kütləvi tədbirlərin keçirilməsinə start verilmişdir.
Sentyabrın 23 və 24-də Heydər Əliyev muzeyində, YAP rayon təşkilatının qərargahında, gənclər və idman idarəsində və Qax bələdiyyəsində uyğun olaraq “Heydər Əliyev müstəqilliyimizin qarantıdır”, “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” “Gənclər müstəqil Azərbaycanın gələcəyidir”, “Tarixi faktlar və reallıqlar” mövzuları ətrafında dəyirmi masalar, mədəniyyət müəssislərində “Azadlığı istəmirəm zərrə-zərrə” mövzusunda ədəbii bədii gecələr , məktəblərdə “Müstəqil Azərbaycan məktəblərin gözü ilə”, “Azərbaycanın müstəqillik tarixi” mövzularında inşa yazı müsabiqələri, bilik və idman yarışları, sərgilər təşkil olunmuşdur.
Sonda rayonun Nizami parkında rayon rəhbərliyinin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə konsert proqramı keçirilmişdir.
Konsertdə Respublikanın məhşur incəsənət ustalarının çıxışları dinlənilmişdir.