• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


AZƏRBAYCAN

5 Oktyabr- Beynəlxalq Müəllim günüdür

Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 5 Oktyabr- Beynəlxalq Müəllim günü təhsil ictimaiyyəti tərəfindən mütəşəkkilliklə qeyd edildi. Bu məqsədlə rayon icra hakimiyyətinin iclas zalında təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin, idarə, müəssisə rəhbərlərinin iştirakı ilə keçən toplantını giriş sözü ilə RİH başçısı Musa Şəkiliyev açdı. O, qeyd etdi ki, Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil İslahatları Respublika prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Hər il yüzlərlə yeni, müasir tipli təhsil müəssisələri inşa edilir, məktəblər müasir təlim avadanlıqları, o cümlədən müvafiq informasiya texnologiyaları ilə təmin olunur.
M. Şəkiliyev Rayonumuzda da təhsilin maddi- texniki bazasının möhkəmləndirilməsi üçün görülən genişmiqyaslı işlərdən danışdı. Rayonumuz bir qayda olaraq ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə Bakı və Sumqayıt şəhərlərindən sonra III yerdə durur. Qax təhsilinin zəngin ənənələrindən danışan RİH başçısı sonda 5 Oktyabr- Beynəlxaq Müəllim günü münasibətilə təhsi işçilərini təbrik etdi. Toplantıda “5 Oktyabr- Beynəlxalq Müəllim günü”dür mövzusunda çıxış edən Təhsil şöbəsinin müdiri Məmməd xasıyev rayonumuzda təhsilin inkşafına göstərilən diqqət və qayğıdan, pedaqoji kollektivlərin əldə etdikləri uğurlardan, qarşıda duran vəzifələrdən söz açdı Tədbirdə çıxış edənlər təhsil işçilərinin əldə etdikləri uğurlardan danışaraq pedaqoji kollektivləri təbrik etdilər.
Sonra Musa Şəkiliyev rayonda təhsilin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçilərinə RİH- in fəxri fərmanlarınə və qiymətli hədiyyələrini təqdim etdi
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
3
255
100198