• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


AZƏRBAYCAN

Taxıl səpini başlamışdır

Dövlətimizin dənli bitkilər istehsalına, bu sahədə çalışan fermerlərə, sahibkarlara diqqət və qayğısı nəticəsində taxılçılıqda əldə olunan nailiyyətlər ildən- ilə artır. Son illər rayonumuzda da bu sahədə əsaslı dönüş yaranmışdır. Bu il rayonumuzun taxılçıları 10977 hektar zəminin məhsulunu yığmışlar. Anbarlara 25736 ton arpa və buğda daşınmışdır. Gələn ilin bol məhsulu üçün rayonumuzun kəndlərində 11 min hektar sahədə pyızlıq dənli bitkilər səpilməsi nəzərdə tutulub. Səpin üçün 7000 hektardan çox sahədə keyfiyyətli yay şumu aparılb.
Taxılçılqda keyfiyyətli toxum bol məhsulu üçün əsas şərtlərdəndir. Ona görə də 2200 ton keyfiyyətli toxum tədarük edilmiş və təmizlənərək laboratoriya müayinəsindən keçirilmişdir. Fermerlər, fiziki və hüquqi şəxslərin əksəriyyəti səpinə başlamışlar. Sarıbaş, Ağyazı, Əlibəyli, Qorağan kəndlərində 100- 150 hektara arpa və buğda səpilmişdir.
Taxılçılar səpini gündən – günə sürətəndirilir. Az vaxtda 1100 hektara arpa, 600 hektara buğda toxumu səpilmişdir.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
3
255
100198