AZƏRBAYCAN
Zınqırovlu pişik

Bu günlərdə “Qızıl Dərviş” mükafatı laureatı Qax Dövlət Kukla Teatrı yeni bir uğulu tamaşaya imza atdı.
Yazıçı- dramaturq Əhməd- Orucun yazdığı “Zınqırovlu pişik” iki hissəli mənzum nağılın quruluşcu rejissoru, Bkıdan rayonumuza dəvət olunmuş Elşad Rəhimzadə idi. Əsərin quruluşcu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Yusif Abdurahmanovdur. Tamaşa yüksək əxlaqi- tərbiyəvi hisslər aşılamaqla uşaqlar arasında “Dünyanı gözəllik, məhəbbət xilas edəcəkdir” ideyasının təbliğinə xidmət edir. Aktyorlardan Araz Mehrablı, Azər Kərimov, Leyla Cəlilova, Nərmin Hüseynova, Zaur Paşazadə, Cəbrayıl Quluşov, İlmar Abdullayev rollarını məharətlə ifa edərək tamaşaçıların alqışlarını qazandılar.
İctimai baxışda rayon ictimaiyyətinin nümayəndələri, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları iştirak etmişdir. Nazirliyin nümayəndəsi Vəfa Novruzova və başqaları çıxış edəərk əsərin uğurlu alınmasından, tərbiyəvi əhəmiyyətindən, aktyorların mahir ifalarından danışdılar, kollektivə yeni yaradıcılıq uğurları arzuladılar.