AZƏRBAYCAN
Təqdimat mərasimi

Həmyerlimiz Solmaz Elqızı gənclik illərindən ədəbiyyata, şerə maraq göstərmiş, öz şerləri ilə dövrüi mətbuatda çıxış etmişdir. O, “İlisudan gələn səslər” və “Ulu tanrıdandır bir şer payım” şerlər kitabının müəllifidir.
Bu yaxınlarda Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə müvafiq müsabiqədə qlib gəldiyinə görə “Qıızl qələm” mükafatı laureatı adına layiq görülmüşdür. Bu münasibətlə rayon mərkəzi kitabxanasının oxu zalında təqdimat mərasimi olmuşdur.
Təqdimat mərasimində “Ədalət və Qanun” qəzetinin əməkdaşı Xanım İsayeva, rayon mədəniyyət və Turizm şöbəsinin müdiri Nəzir Omarov, şair- tərcüməçi Giya Paçxatiaşvili, Heydər Əliyev muzeyinin direktoru Nərminə Omarova, rayon Turizm və Mədəniyyət şöbəsinin inspektoru Dilarə Əzizova çııxş edərək şairə Solmaz Elqızını yüksək mükafat münasibətilə təbrik etmişlər.
Sonda Solmaz Elqızı onun yaradıcılığına verdikləri yüksək qiymətə görə AKİVHİRH- nə və çıxış edənlərə dərin minnətdarlığını bildirdi.