• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


AZƏRBAYCAN

ƏSAS SOSİAL-İQTİSADİ VƏZİFƏLƏR HƏLL OLUNMUŞDUR

28 oktyabr 2011- ci il tarixdə cari ilin 9 ayının sosial- iqtisadi inkişafının yekunlarına dair iclas keçirilmişdir.
İclasda məruzə edən RİH- in başçısı Musa Şəkiliyev qeyd etdi ki, 2011- ci ilin 9 ayı ərzində rayon üzrə ümumdaxili məhsul 7,5 % artmış, quruculuq işləri daha da genişləşdirilmiş, əsas kapitala yönəldilən ümumi investisiyadan tikinti- quraşdırma işləri 11 milyon708 min manata çatmışdır. RİH başçısı məruzədə rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün həyata keçirilən tədbirlərdən, rayonda təhsilin inkişafı, səhiyyə və mədəniyyət müəsisələri tərəfindən əhaliyə göstərilən xidmətin yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlərdən, əldə edilmiş uğurlardan, turizmin maddi- texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən geniş söz açdı.
İclasda çıxış edənlər hesabat dövrü ərzində təmsil etdikləri kollektivlər tərəfindən rayonun sosial- iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
İclası RİH başçısı M. Şəkiliyev bir dah qeyd etdi ki, ötən 9 ay ərzində rayonun sosial- iqtisadi inkişafı istiqamətində nəzərdə tutulmuş tədbirlər əsasən həyata keçirilmişdirsə də hələ həllini gözləyən problemlər də az deyil. İlin sonunadək bu problemlərin həlli üçün möhkəm zəmin yaradılacaqdır.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
3
255
100198