AZƏRBAYCAN
Mübarək Qurban Bayramı
Bərpasının 20 illik yubileyini qeyd etdiyimiz Azərbaycanın Dövlət Müstəqilliyinin bəhrələrindən biri də xalqımıza məxsus islamı dəyərlərimizin özünə qaytarılmasıdır. Artıq 20 ildir ki, xalqımız dini adət- ənənələrimizin zirvəsində dayanan Müqəddəs Qurban bayramını layiqli şəkildə qarşılamaq imkanına malikdir. Dini etiqad azadlığının bərqərar olduğu ölkəmizdə islami dəyərlərimizin yaradılmasına böyük önəm verən Respublika Prezidenti İlham Əliyev hər il olduğu kimi, bu il də xalqımızı bu bayram münasibətilə təbrik etmiş, xoş arzularını çatdırmışdır.
Rayonumuzda da Qurban bayramı mübarək bayram əhvali- ruhiyyəsində, mütəşəkkilliklə qeyd olunmuşdur. Bayram münasibətilə toplaşan dindarları və rayon ictimaiyyətinin digər nümayəndələrini RİH-in başçısı Musa Şəkiliyev təbrik etdi. Bayram ərəfəsində 800- dən çox şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, imkansız ailələrə bayram sovqatı verilmişdir.