Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı
Mübarizlik simvolu olan Bayraq bayramı artıq iki ildir ki, ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da ictimaiyyət tərəfindən böyük bayram ovqatı ilə qeyd olunur. Bu bayram Qaxda ictimaiyyət nümayəndələrinin, gənclərin, YAP rayon təşkilatının, bələdiyyə üzvlərinin üzərində dövlət bayrağı dalğalanan avtomobillərlə keçirdikləri yürüşlə daha çox yadda qalan oldu. Rayonun mərkəzi meydanına toplaşan yürüş iştirakçıları qarçısında çıxış edən RİH- in başçısı Musa Şəkiliyev dövlət rəmzlərinin milli- mənəvi dəyərlərimizin sırasında böyük ideya- siyasi, mənəvi əhəmiyyət daşıdığından, milli qürur mənbəyimiz olan Dövlət Bayrağımızın müqəddəsliyindən, bayraq bayramının xalqımızın mübarizlik, milli birlik əzminin daha da yüksəldilməsindəki rolundan söz açdı, rayon sakinlərini bu əlamətdar gün münasibətilə təbrik etdi.