AZƏRBAYCAN
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RESPUBLİKANIN ŞİMAL-QƏRB BÖLGƏSİNƏ SƏFƏRİ
QAXDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə, ümumiyyətlə rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi.