AZƏRBAYCAN
Ədliyyə işçiləri öz peşə bayramlarını qeyd etdilər

Noyabr ayının 22- də ədliyyə işçilərinin peşə bayramıdır. Hər il olduğu kimi bu il də ədliyyə işçiləri peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd etdilər.
Onlar tədbirlərinə Ulu Öndərimiz Heydər Əliyevin abidəsi önünə gül- çiçək qoyaraq ehtiramlarını bildirməklə başladılar. Peşə bayramları ərəfəsində prezidentin sərəncamına əsasən Muradov Aslan Nüsrət oğlu III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.