AZƏRBAYCAN
Beynəlxalq Əlillər günü qeyd edilmişdir
Hər il Beynəlxalq Əlillər gününün Qax rayonunda geniş qeyd olunması artıq ənənə halını almışdır.
“Min bir dad” şadlıq evində təşkil olunan tədbirdə iştirakçıları salamlayan rayon İcra Hakimiyyəti başçısının I müavini Tahir İsmayılov əlillərə göstərilən dövlət qayğısından danışmış, ölkə Prezidenti İlham Əliyevin onların problemlərinə, çətinliklərinə həssaslıqla yanaşdığını vurğulamışdır.
Sonra söz əlillərə verilmiş, onlar bayramlarda unudulmadıqları, mütəmadi yardımlar göstərilməsi, sosial müdafiələrinin gücləndirilməsi üçün həyata keçirilən tədbirlərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Çıxış edən digər natiqlər əlillərin cəmiyyətin bərabərhüquqlu üzvləri və onların ölkədə gedən bütün proseslərdə fəal iştirakının təmin olunmasının vacib olduğunu vurğulamış, son illər ölkəmizdə sosial-iqtisadi şəraitin yaxşılaşmasından, bütün vətəndaşların, o cümlədən əlillərin məişət problemlərinin həlli istiqamətində atılan addımlardan bəhs etmiş, əlil vətəndaşlarımıza göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə S.Vurğun adına Mədəniyyət evinin ansamblı konsert proqramı ilə çıxış etmişdir.