AZƏRBAYCAN
Dəyirmi masa keçirildi
Şəhər 5 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qax Ailə və Uşaqlara Dəstək Mərkəzinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbirdə RİH-in, rayonun təhsil, mədəniyyət müəssisələrinin numayəndələri, məktəbin müəlllim və şagird kollektivləri iştirak etmişlər. "Erkən nikaha yox deyək!" adlı tədbiri¬ giriş sözu ilə məktəbin direktoru Sevil Əsgərova açaraq qonaqları salamlamış və bu tədbirin təşkilatçılarına təşəkkürünü bildirmişdir.
Qax Ailə və Uşaqlara Dəstək Mərkəzinin rəhbəri Zibeydə Şəkiliyeva mərkəzin fəaliyyətindən danışmış və cəmiyyətdə ən aktual mövzulardan biri olan “Erkən nikaha yox deyək” mövzu barədə ətraflı məlumat vermiş, erken nikahın fəsadları barədə nümunələr çəkmiş və gənc qızların erkən yaşında evlenməsinin dovlət tərəfindən bəyənilməməsi və Milli Məclis tərəfindən 18 yaşında nikaha girməsi barədə qərarı ilə tanış etmişdir.
Tədbir iştirakçıları maraqlı təkliflərlə çıxış etmiş, məktəblilər erkən nikahın zərərindən bəhs edən səhnəciklər göstərmiş və şerlər söyləmişlər.
Sonda mövzuya həsr olunmuş film nümayiş olunmuşdur.