• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


AZƏRBAYCAN

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ XALQIMIZIN QƏLBİNDƏ ƏBƏDİ YAŞAYACAQDIR

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından səkkiz il keçir.
Qax Rayon İcra Hakimiyyətinin başçısı cənab Musa Şəkiliyev, aparat işçiləri və rayon ictimaiyyyətinin nümayəndələri, idarə, təşkilat və müəsisə rəhbərləri kollektivləri ilə birlikdə şəhərin Mərkəzi meydanında ucaldılan xalqımızın Ümummilli Liderin abidəsini ziyarət etmiş, önünə əklillər, gül dəstələri qoymuş və müdrik dövlət xadiminə Allah-taaladan rəhmət diləmişlər.
Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiyaya baxış keçirilmişdir.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının təzə istifadəyə verilən inzibati binasında keçirilən anma mərasimini rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzsiz xidmətlərindən danışmışdır.
YAP rayon təşkilatının sədri Nizami Əhmədovun “Heydər Əliyev - əbədiyaşar şəxsiyyət” mövzusunda məruzəsində qeyd olunmuşdur ki, xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlər ulu öndərə tariximizin yaddaşına əbədi həkk olunmaq, xalqının qəlbində əbədi yaşamaq səadəti qazandırmışdır. Bütün mənalı həyatını xalqının tərəqqisinə və inkişafına həsr etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlətçilik idarəçiliyi məktəbinə çevrilmişdir.
Məruzə və çıxışlarda vurğulanmışdır ki, Heydər Əliyev yüksək zirvə, müqəddəs amal, tükənməz həyat mənbəyidir. Nə qədər Azərbaycan var, ulu öndərimiz bir o qədər də ürəklərdə yaşayacaqdır.
Tədbirin sonunda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
3
255
100198