• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


AZƏRBAYCAN

ƏLİBƏYLİ KƏNDİNƏ TƏBİİ QAZ XƏTTİNİN ÇƏKİLİŞİ BAŞA ÇATMIŞDIR

Qax rayonunun iri yaşayış məntəqələrindən olan Əlibəyli kəndinin sakinləri 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində çox dəyərli bayram hədiyyəsi almışlar. “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən kəndin qazlaşdırılması başa çatdırılmış, abonentlərin təbii qaz ilə təminatı başlanmışdır. Bu münasibətlə keçirilən tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və “Azəriqaz” İB-nin nümayəndəsi Kamandar Eyvazov çıxış edərək sakinləri əlamətdar bayramlar, habelə kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə təbrik etmiş, ölkə əhalisinin təbii qaz ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışlar. Qeyd olunmuşdur ki, son illərdə rayonun 6 kəndi, o cümlədən cari ildə Qorağan və Marsan kəndləri təbii qaz ilə təmin olunmuşlar. Rayon üzrə qaz istifadəçilərinin sayı artaraq 5 min 577 abonentə çatmışdır. Tezliklə Almalı kəndində də qazlaşdırılma işləri yekunlaşacaqdır. Növbəti ildə isə İlisu, Ağçay, Şotavar, Tasmalı, Zəyəm və digər kəndlərin qazlaşdırılmasına başlanılacaqdır. Diqqətə çatdırılmışdır ki, Əlibəyli kəndinin qazlaşdırılması üçün magistral qaz xəttindən 5,5 kilometr uzunluğunda yeraltı daşıyıcı və kəndin daxilində 30 kilometr uzunluğunda orta təzyiqli qaz xətləri çəkilmişdir. Kənddə 550 abonent təbii qaz ilə təmin olunacaqdır. Tədbirdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, dövlətimizin başçısını 50 illik yubileyi münasibətilə təbrik etmişlər. Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və evlərə təbii qaz verilmişdir.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
3
255
100198