AZƏRBAYCAN
Qaxlılar yeni ili böyük sevinclə qarşılayırlar
29.12.2011-ci il tarixində “İçəribazar” qala kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə ümümrayon tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri şəhərin Mərkəzi meydanında ucaldılan Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş və xatirəsini ehtiramla yad emişlər.
Bayram tədbirini rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq rayon sakinlərini 31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir. O, çıxışında Azərbaycanın bugünkü siyasi-iqtisadi inkişafından, beynəlxalq aləmdə artan nüfuzundan, Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı hörmətli prezidentimiz İlham Əliyevin tutduğu siyasi kursun uğurlarından danışmış, ötən ilin Azərbaycanın, eləcə də rayonumuzun həyatında əlamətdar hadisələri ilə yadda qaldığını vurğulamış və ölkəmizin qarşıdan gələn yeni ildə daha da inkişaf edəcəyəni iftixarla qeyd etmişdir. Rayon ictimaiyyətini sıx birliyə çağıraraq onlara ölkəmizin gələcək inkişafında fəal iştirak etmələrində böyük uğurlar arzulamışdır.
Rayon Mədəniyyət evi bədii özfəaliyyət kollektivinin hazırladığı bayram konserti və respublikanın tanınmış müğənnilərinin çıxışları Qax sakinləri tərəfindən alqışlarla qarşılanmışdır.
Bayram tədbirinin sonunda şaxtababa Yeni il hədiyyəsi ilə uşaqları sevindirmişdir.