• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


AZƏRBAYCAN

İDMAN SAHƏSİNDƏ UĞURLARIMIZ DAVAM EDİR

5-10 aprel 2010-cu il tarixdə Lənkəran şəhərində Yeniyetmələrin 7-ci Respublika oyunlarının ağır atletika növü üzrə final mərhələsi keçirilmişdir.
Yarışda idmançılarımızdan Məmmədli Şəhriyar və Vəlizadə Yalçın öz çəki dərəcələrində çıxış edərək 2-ci yerlərə layiq görülmüşlər.
16 aprel 2010-cu il tarixdə Şəki şəhərində “Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilmişdir.
Yarışda şəhərimizin 2 nömrəli məktəbini təmsil edən komandamız 1-ci yerə layiq görülərək final mərhələsinə vəsiqə qazanmışdır.
“Biz sənə inanırıq, əsgər” adı altında pnevmatik tüfəngdən atıcılıq üzrə zona birinciliyində şəhər 4 nömrəli məktəbin nəzdində yaradılmış Cavanşir Rəhimov adına “Vətənpərvərlik tərbiyəsi klubu” komanda birinciliyində 3-cü yeri, şəxsi birincilikdə isə klubun üzvi Rəhimov Salam 1-ci yeri əldə etmişdir.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
47
428
41554