AZƏRBAYCAN
QAX RAYONUNDA BİRİNCİ RÜBÜN YEKUNLARI
MÜZAKİRƏ EDİLMİŞDİR
22 aprel 2010-cu il tarixdə Qax Rayon İcra Hakimiyyətinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasın tələbləri baxımından rayonda görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin məruzəsi dinlənilmişdir.
Məruzədə ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafından danışılmış, bu tərəqqinin rayonun həyatında da özünü qabarıq büruzə verdiyi qeyd olunmuşdur.
Məruzəçi çıxışının sonunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasındakı dərin məzmunlu, proqram xarakterli çıxışından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində rayonumuzda hər birimiz üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməliyik.
Məruzə ətrafında çıxış edən digər natiqlər də görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələrdən, cari ilin birinci rübündə ölkə üzrə əldə olunmuş uğurlardan danışmış, Prezident İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirmişlər.