• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


AZƏRBAYCAN

QAXDA 18 MAY - BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ QEYD EDİLDİ

18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Qax rayonunda silsilə tədbirlər keçirilmişdir.
Tədbir başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmiş, sonra Heydər Əliyev Muzeyinin ekspozisiya zalı ilə tanış olmuşlar.
Beynəlxalq Muzeylər Günü münasibətilə Heydər Əliyev Muzeyində “Muzeylər - sosial harmoniya”, İ.Dağıstanlının xatirə ev - Muzeyində “18 May- Beynəlxalq Muzeylər Günü”, Rayon Tarix - Diyarşünaslıq Muzeyində “Muzeylər tarixin yaddaşıdır” mövzusunda dəyirmi masalar keçirilmişdir. İştirakçılar öz çıxışında ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına dövlət qayğısından danışaraq, muzey əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik etmişlər.
Həmin gün rayonun bütün muzeylərində “Açıq qapı” elan olunmuşdur.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
46
427
41553