• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


AZƏRBAYCAN

XOŞ OVQAT BƏXŞ ETDİLƏR

“Uşaqları sevin”. Uşaqlar bizi nurlu gələcəyə aparan yoldur. Uşaqlar dünyanın sevincidir. Uşaqlar bizim bu günümüz və sabahımızdır”-deyən Ümumilli Lider Heydər Əliyev uşaqlarla hər görüşə böyük önəm vermiş, onların cəmiyyətdə fəal mövqe tutmaları üçün daim diqqət və qayğı göstərmişdir.
Ulu Öndərin uzaqgörənliklə apardığı işlər möhtərəm Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə davam etdirilərək uşaqların təhsili, sağlamlığı fiziki və mənəvi tərbiyəsi sahəsində ənənəvi çoxsaylı layihələr uğurla həyata keçirilmişdir.
Hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ənənəvi olaraq ölkədə uşaqlarla bağlı görülən işlərə bir növ yekun vurulmuş, onlar üçün şənliklər və bayramlar təşkil edilmişdir.
Rayonda da 1 İyun münasibətilə tədbirlər planına müvafiq olaraq silsilə tədbirlər həyata keçirilmiş, yekun tədbir olaraq şəhərin Heydər Əliyev parkında bayram təntənəsi yaşanmışdır. Al-əlvan şarlar, bayraqcılar və güllərlə bəzədilmiş meydanda uşaqların əl işlərindən ibarət sərgi təşkil olunmuş, uşaq ədəbiyyatına dair kitablar nümayiş etdirilmişdir.
Balaca Fatimə və Vüqar tədbiri açaraq təntənəli bir günün işığına yığışan yaşıdlarını təbrik edərək, onları bir deyib, bir gülməyə, şənlənməyə çağırmışlar. RİH başçısının sosial-iqtisadi məsələlər üzrə müavini E.Şabanov ölkədə gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edərək, onları bayram münasibətilə təbrik etmişdir.
Balaca rəssamlar asfalt üzərində öz duyğu və düşüncələrini, arzularını ifadə etmiş, qaliblər münsiflər heyəti tərəfindən mükafatlandırılmışlar.
Bayram şənliyində S.Vurğun adına rayon Mədəniyyət evi ansamblının üzvləri, şəhər İncəsənət məktəbinin “Tumurcuq” rəqs kollektivi, muğam üçlüyü və bağça uşaqları Vətənə, anaya, sülhə, dostluğa həsr olunan rəngarəng rəqslər, şerlər və mahnılarla iştirakçılara xoş ovqat bəxş etmişlər.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
46
427
41553