• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


AZƏRBAYCAN

BALACALARIMIZIN UĞURU

Rayon Gənclər və İdman idarəsinin və rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş “Şən Startlar” əyləncəli idman oyunu üzrə məktəbəqədər müəssisələr arasında şəhər birinciliyi keçirilmişdir.
Yarış şəhər stadionunda təşkil olunmuş, yarışda 6 uşaq bağçasının komandası iştirak etmişdir.
Yarışın əsasnaməsinə uyğun olaraq komandalar 5 hərəkət üzrə yarışmışlar. Yarışın nəticələrinə görə şəhər 1 saylı uşaq bağçası birinci yerə, 4 saylı uşaq bağçası ikinci yerə, 5 saylı uşaq bağçası isə üçüncü yerə layiq görülmüşlər.
Sonda mükafatlandırılma aparılmış, qaliblərə rayon Gənclər və İdman idarəsi və rayon Təhsil şöbəsi tərəfindən qiymətli hədiyyələr və diplomlar təqdim olunmuşdur.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
46
427
41553