AZƏRBAYCAN
MƏDƏNİYYƏT İŞÇİLƏRİ İLƏ GÖRÜŞ
May ayının 18-dən iyun ayının 18-dək respublikamızda “İnsan Hüquqları” aylığı elan edilmişdir.
Rayonda da bu istiqamətdə hazırda tədbirlərin keçirilməsi davam edir. Aylıq çərçivəsində Rayon İcra Hakimiyyəti və rayon Prokurorluğunun təşkilatçılığı ilə S.Vurğun adına rayon Mədəniyyət evində mədəniyyət işçiləri ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm şöbəsinin inspektoru D.Əzizova açmışdır.
RİH hüquq şöbəsinin hüquqşünası D.Əminov Ümumdünya İnsan hüquqları Bəyannaməsindən, “İnsan hüquqları aylığı”nın mahiyyətindən danışmışdır.
Rayon Prokurorunun köməkçisi R.Qasımov “Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş əsas insan və vətəndaş hüquqları və azadlıqları” mövzusunda mühazirə ilə çıxış etmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.