AZƏRBAYCAN
SƏHİYYƏ İŞÇİLƏRİ GÜNÜ QEYD EDİLDİ
17 İyun - Səhiyyə İşçiləri Günü münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbir başlamazdan əvvəl RİH başçısı M.Şəkiliyev, səhiyyə işçiləri və ictimaiyyətin nümayəndələri şəhərin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoymuş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər.
Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbiri xəstəxananın baş həkimi, respublikanın Əməkdar həkimi F.Əhmədzadə açaraq ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində səhiyyə sahəsində aparılan köklü dəyişikliklərdən, xalqın istifadəsinə yeni-yeni müalicə ocaqlarının verilməsindən, o cümlədən 2010-cu ildə yeni təmirdən sonra rayon mərkəzi xəstəxanasının müasir standartlara uyğun fəaliyyət göstərməsindən danışmışdır. Həkim C.Hacıyev, R.Məmmədova, R.Kazımov və M.Hacıyeva indidən sonra da fəaliyyətlərində daim Hippokrat andına sadiq olacaqlarını və xalqın xidmətində şərəflə dayanacaqlarını bildirmiş, həmkarlarını bayram münasibətilə təbrik etmişlər.
RİH başçısı M.Şəkiliyev səhiyyə işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, xəstəxananın kollektivini diplom və qiymətli hədiyyə ilə mükafatlandırmışdır.
Mərkəzi xəstəxananın baş həkimi F.Əhmədzadə qabaqcıl səhiyyə işçilərindən 10 nəfərinə qiymətli hədiyyə, 10 nəfərinə isə fəxri fərman vermişdir.