• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


AZƏRBAYCAN

II RESPUBLİKA KUKLA TEATRLARI HƏFTƏSİ BAŞLANDI

İyun ayının 17-də Qax şəhərində II Respublika Kukla Teatrları Həftəsi öz işinə başladı. Tədbirdə ölkədə fəaliyyət göstərən 5 Kukla Teatrı – A.Şaiq adına Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı və Qax Dövlət Kukla Teatrı öz kollektivləri ilə təmsil olunmuşdular.
Tədbir başlamazdan əvvəl Qax RİH başçısı Musa Şəkiliyev, rayon ictimaiyyətinin nümayəndələri, teatrların kollektivləri və qonaqlar şəhərin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoymuş, onun əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir Qax Dövlət Kukla Teatrında davam etdirilmişdir. II Respublika Kukla Teatrları Həftəsini giriş sözü ilə Qax Dövlət Kukla Teatrının bədii rəhbəri Osman Abdullayev açmışdır. RİH başçısı Musa Şəkiliyev qonaqları salamlamış, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə Qaxda ölkə əhəmiyyətli belə tədbirin keçirilməsinə şərait yaratdığına görə minnətdarlığını bildirmiş, teatr kollektivlərinə uğurlar arzulamışdır.
Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, sənətşünaslıq elmləri doktoru, proffessor, teatrşünas Məryəm Əlizadə çıxışında ölkə rəhbərliyi tərəfindən Azərbaycan teatrının inkişafına göstərilən diqqət və qayğını vurğulamış, bu yöndə aparılan mühüm işlərdən biri kimi II Respublika Kukla Teatrları həftəsinin əhəmiyyətini qeyd etmişdir.
Maraqlı konsert proqramı iştirakçılara xoş ovqat bəxş etmişdir. Həftənin ilk günü teatr həvəskarlarına Qax Dövlət Kukla Teatrının “Turp” nağılı əsasında hazırladığı tamaşa təqdim olunmuşdur. Teatr Həftəsi iyunun 22-dək davam edəcəkdir.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
46
427
41553