• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


AZƏRBAYCAN

RƏSM QALEREYASININ FONDU ZƏNGİNLƏŞDİ

İyun ayının 22-dən 30-dək rayonda respublika rəssamlarının yaradıcılıq emalatxanası keçirilmişdir. Rəssamlar rayonun İlisu kəndində təbiətin qoynunda olaraq, öz fikir və duyğularını, təbiət mənzərələrini ağ kağıza köçürmüşlər.
Yekun tədbir iyunun 30-da rayon Rəsm Qalereyasında keçirilmiş, 10 nəfər rəssamın 28 ədəd rəsm əsəri qalereyanın foyesində sərgilənmişdir. Rayon ictimaiyyətinin nümayəndələri sərgiyə maraqla tamaşa etmişlər.
Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun məsləhətçisi E.Hüseynov, RİH başçısının Təhsil, Səhiyyə və Mədəniyyət üzrə müavini Z.Xasiyeva, Mədəniyyət və Turizm şöbəsinin müdiri N.Omarov, Qax bələdiyyəsinin sədri E.Orucov və rəssam A.Hüseynov çıxış edərək tədbirin əhəmiyyətindən danışmışlar.
Rəssamların yaradıcılıq emalatxanasının məhsulu olan yeni rəsm əsərləri ilə Rəsm Qalereyasının fondu zənginləşmişdir.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
46
427
41553