• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


Təhsil

Rayon Təhsil Şöbəsinin 2010-cu ildə gördüyü işlər

Rayon təhsil şöbəsi ötən təqvim ilində təhsilin inkişaf etdirilməsi, onun keyfiyyətinin yaxşılaşdırılması sahəsində bir sıra işlər görmüşdür. Bu zaman Azərbaycan Respublikasının Təhsil Qanunu, Təhsil İslahatına dair Dövlət Proqramı, Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Hökuməti və Təhsil Nazirliyinin milli təhsilimizin gələcəyinə xidmət edən hüquqi normativ sənədlərin tələbləri əsas götürülmüşdür.
Hesabat dövrü ərzində rayonda 57 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 36 uşaq bağçası fəaliyyət göstərmişdir. Rayonun ümumtəhsil məktəblərində 7786 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1307 nəfər müəllim məşğul olur. Məktəbdənkənar tərbiyə müəssisələrinə 3499, məktəbəqədər tərbiyə müəssisələrində 1885 uşaq cəlb eilmişdir.
Rayon təhsil şöbəsi il ərzində icbari təhsilin yerinə yetirilməsini, yeni tədris planlarının tətbiqini, tədris prosesinin təkmilləşdirilməsini, şagirdlərin mənəvi tərbiyəsinin formalaşmasını, onların ümummilli liderimiz H.Əliyevin həyat və fəaliyyəti nümunəsində tərbiyəsini, prezidentimizin təhsillə bağlı sərəncamlarının icrasını diqqət mərkəzində saxlamışdır. →
Geri   Yuxarı
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
0
0
99943