• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


Gənclər və İdman

Qax rayonunun Gəncləri və İdmanı haqqında

Ümummilli Lider Heydər Əliyevin 1993- cü ilin iyununda xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət artmış, gənc nəslin mənəvi əxlaqi tərbiyəsinin gücləndirilməsi, idmanımızın inkişafı məsələləri dövlət siyasətinin mühüm qollarından birinə çevrildi.
Gənclər və İdman sahəsində ciddi irəliləyişlər təmin olundu, müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınması, olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Gənclərlə görüşə vaxt tapması, onların problemlərini dinləməsi Ulu Öndərin Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı roluna verdiyi böyük önəmin onun Azərbaycan gəncliyinə böyük rəğbət və qayğısının göstəricisi idi.
Azərbaycan gəncliyinin yenidən təşkilatlanması, ölkədə gənclər hərəkatının, gənclik əzmi və enerjisinin vahid mərkəzdən idarə olunması məqsədilə Ulu Öndər 1994- cü ilin 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalamışdır. Heydər Əliyevin imzaladığı bu fərmanda Azərbaycan gəncliyinin milli məfkurə əsasında inkişafının əsası qoyulmuş oldu.
2003- cü ilin oktyabırından bu siyasət Heydər Əliyev kursunun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Qax rayonunun gəncləri də Ulu Öndər Heydər Əliyevin , prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətini daim müdafiə edir, dövlətimizin möhkəmlənib, inkişaf etdirilməsində öz töhfələrini əsirgəmirlər. Rayon Gənclər və İdman idarəsi gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətini həyat keçirir. İdarə öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin gənclər qarşısında qoyduğu tələblərin yerinə yetirilməsində fəallıq göstərir. Rayonumuzda 13941 nəfər gənc qeydiyyata alınmışdır, Bunlardan 6686 nəfəri kişi, 7255 nəfəri isə qadındır. Rayonda 179 idman qurğusu fəaliyyət göstərir. Bunlardan 149-u sadə idman qurğusu , 19-u təhsil ocaqlarının idman zallarıdır. Bu qurğularda 4137 nəfər bədən tərbiyəsi və idmanla məşğul olur. Bu idmançıların hazırlığı işində 211 nəfər ixtisaslı mütəxəssis çalışır. Bildiyimiz kimi Qax rayonunun çox zəngin idman tarixi var. Rayonumuzun yetirmələri dəfələrlə Respublika və Beynəlxalq dərəcəli yarışların qalibi olmuşlar.
Gənclər və İdman idarəsi hər il rayonda inkişaf etdirilən idman növləri üzrə Gənclər və İdman Nazirliyinin təqvim planına əsasən açıq birinciliklər, rayon birincilikləri, məktəbdaxili yarışlar təşkil edir. Bu yarışlarda mükafatçılar sırasına düşən idmançılar rayonumuzu respublika və beynəlxalq yarışlarda uğurla təmsil edirlər Rayonun “Kürmük” futbol komandasının uzun fasilədən sonra Rayon rəhbərliyinin köməkliyi sayəsində Azərbaycan çempionatının Həvəskarlar liqasında iştirakı təmin olunmuşdur. Komanda öz uğurlu oyunları ilə qələbələrini sıralamaqdadır. “Kürmük” voleybol komandası da Azərbaycan çempionatının I dəstəsində III yeri əldə etmişdir.
Cari ildə rayonumuzun yetirmələrindən şahmatçımız Xanım Balacayeva Avropa birinciliyində IV yeri, Ömər Balacayev Kunq-fu üzrə dünya çempionatında I yeri, Aqşin Əliyev Budo döyüş növləri üzrə beynəlxalq turnirdə I yeri, Sərxan Əfəndiyev Universal döyüş üzrə Avropa və Dünya birinciliyində II yeri əldə etmişlər.
Rayon rəhbərliyi tərəfindən fəal gənclərlə, idmançılarla sıx görüşlər keçirilir, onların fikirləri, arzu və istəkləri,təklifləri öyrənilir, müvafiq qərarlar hazırlanıb həyata keçirilir .
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
87
5708
115177