• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


Mədəniyyət və Turizm

İstirahət və turizm zonaları, idman kompleksləri haqda məlumat

Qax Respublikamızın zəngin yeraltı, yerüstü su sərvətlərinə, mineral xammal ehtiyatlarına, əlverişli iglim şəraitlərinə malik rayonlardandır. Rayonun mülayim və saf dağ iglimi, zəngin mineral şəfa bulaqları, ərazinin gözəl təbii mənzərələri, düzənlik və dağ meşələri, habelə digər cəlbedici təbii güşələr burda bütün ilboyu fəaliyyət göstərən istirahət və turizm mərkəzlərin yaradılması və turizmin inkişafı üçün çox əlverişlidir.
Hazırda rayonda 1 mehmanxana, “Şəfa” istirahət və müalicə pansionatı, İlisu pansionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ulu dağ”, “Eden” turizm və istirahət mərkəzləri turistlərə xidmət işini həyata keçirir. İstirahət mərkəzlərində turistlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Hər il rayonda mövcud turizm mərkəzlərində minlərlə turist istirahət edir və müalicə olunurlar. Həm xarici, həm də yerli turistlər istirahət mərkəzlərində yaradılmış şəraitdəN razılıq edirlər. İstirahət evlərindəki mövcud rəy kitablarındakı fikirlər onu deməyə əsas verir.

“Şəfa” istirahət və müalicə pansionatı.
Müəssisənin rəhbəri Əfəndiyev Əflatun Rəsul oğludur. Pansionat 130 yerlikdir. Pansionatda istirahət yollayış əsasında təmin edilir. Yollayışın qiyməti 540 manatdır. Əlaqə telefonu: (0144) 5-35-15

“Yaşıl Park” istirahət mərkəzi.
2005-ci ildə istismara verilmişdir. İlisu kəndində yerləşir. Obyektin rəhbəri Mantaşov Mübariz Şirin oğludur. İşçilərin sayı 7 nəfərdir. Nömrələrin sayı 21, yerlərin sayı isə 84-dür. Əlaqə telefonu: (0144) 5-45-75, mobil (055) 342-99-71, faks (0144) 5-39-56

“İlisu” Pansionatı İlisu kəndində yerləşir.
Rəhbəri Haşımov Nizamidir. Yataq yerləri 58, işçilərin sayı isə 15 nəfərdir. 1 nəfər turistin geçələmə qiyməti tam pansion -20 manatdır. Əlaqə telefonu (0144) 93-4-43; mobil 050-328-56-15

“Ulu dağ” istirahət kompleksi
2005-ci ildə istismara verilmişdir. Yerləşdiyi ərazi İlisu kəndi. Müəssisənin rəhbəri Əhmədov Zabit Mahmud oğludur. Müəssisə 2 mərtəbəli 7 korpusdan ibarətdir. Nömrələrin ümumi sayı 36, yerləri ümumi sayı 72-dir. Əlaqə telefonu: (0144) 93-4-45, mobil (050) 635-39-23

“Eden” Park hotel
İlisu kəndində yerləşir. 2008-ci ildə fəaliyyətə başlamışdır. Rəhbəri Bayramov Hüseyn Mətləb oğludur. Turizm obyektində yerlərin sayı 16, işçilərin sayı 5 nəfərdir. Bir nəfər üçün qiymət 25 manatdır. Əlaqə telefonu: (0144) 5-45-00, mobil (050) 223-02-64

“Ulu” istirahət mərkəzi.
Rəhbəri Əliyeva Rəna Eyvaz qızıdır. Otaqların sayı 14, iki nəfərlik katejlərin sayı 7-dir. Yerlərin sayı 69-dur. 1günlük qiymət yeməklə birlikdə 25 manatdır. Əlaqə telefonu: (0144) 5-41-40, mobil (070)-223-10-77


Rayonumuzda turizmin bir neçə növü inkişaf etmişdir. Bunlardan kənd yaşıl turizmi, müalicə turizmi, istirahət turizmi daha geniş yayılmışdır. Qaxda mövsümi ovçuluq turizminin, atçılıq turizminin, dağ turizmin, qış turizminin və digər turizm növlərinin yaradılması üçün münbit şərait vardır. Əgər bu növ turizm sahələri inkişaf etdirilərsə rayon üçün çox gəlirli sahəyə çevrilə bilər.
Qax turizimin inkişafı üçün geniş imkanlara malik flora və faunası ilə yanaşı qədim yaşayış məskənlərindən olub, tarixi abidələri ilə mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, turistlərin əsas maraq obyekti olduğu ölkənin tarixi, məişəti, adət-ənənələri, gəzməli və görməli yerləridir. Abidələr bu sırada önəmli yerlərdə durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən rayonumuzda 68 ədəd tarix və mədəniyyət abidələri qeydiyyata götürülmüşdür. Bunlardan ikisi Dünya əhəmiyyətli, 18 Ölkə əhəmiyyətli, 48 isə yerli əhəmiyətlidir. 48 memarlıq, 18 arxeoloji, 2 monumental –xatirə abidələridir. Respublikada mövcud tarix və mədəniyyət abidələrinin yenidən siyahıya alınması ilə bağlı qərara müvafiq olaraq “Qax rayon ərazisində olan tarix və Mədəniyyət abidələrinin qeydiyyata alınması, bərpası, qorunması, tədqiqi və təbliği komissiyası”- nın və rayon Mədəniyyət və Turizm şöbəsinin mütəxəssisləri tərəfindən rayonda aşkar edilmiş 70 tarixi abidə haqqında məlumatlar hazırlanaraq şəkilləri ilə birgə Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilmişdir.
Abidələrdən İlisu kəndində yerləşən “Sumuq” qala, “Kürmük” məbədi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmir edilmiş, Qum kəndindəki qədim Alban Məbədinin konservasiyası isə ABŞ Konqrensinin qrant layihəsi çərçivəsində həyata keçirilmişdir. Qaxbaş kəndində mövcud “Həsən xan” qalasının əsaslı bərpası və konservasiyası ilə bağlı ilkin işlər başlanılmışdır.
Tarixi e.ə. IV-III minilliklərə aid olan Sarıca-Minbərək də arxeoloji zona gələcəkdə turizmin inkişafı üçün çox əlverişlidir, milli-mənəvi dəyərlərimizin, tariximizin, təbliği istiqamətində əvəzsiz rola malikdir. Buna görə də Sarıca-Minbərək arxeoloji abidə zonasında qoruğun yaradılması təklifi ilə RİH tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunmuş, həmin ərazidə yerləşən abidələri əks etdirən xəritə təqdim edilmişdir.
Rayonda turistlərin abidələrə səyahətini təşkil etmək üçün 5 marşrut müəyyənləşdirilmişdir. Abidələrdən dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidə kimi siyahıya salınmış inşa tarixi V əsrə aid edilən Ləkit məbədini, Qum məbədini, İlisu kəndində yerləşən Ulu körpünün, Ulu məscidi, Sumuq qalanı, Qala bürclərini və s.göstərmək olar. Tanqıt kəndinin yaxınlığındakı Day kənddə Şeyx Şamilin mürüdlərindən biri olan məşhur Hacımuradın qəbri, Qanıx çayının sol sahilində yerləşən, təşəkkül tarixi orta əsrlər dövrünə aid edilən Azərbaycanın ən qədim naməlum şəhərlərindən biri sayılan Torpaqqala şəhər qalıqları, Sarıca-Minbərək arxeoloji abidəsi xüsusi əhəmiyyət kəsb edir.
Yuxarıda qeyd olunan tarixi abidələrdən başqa Mədəniyyət və Turizm şöbəsinin tabeçiliyində olan tarix Diyarşunaslıq muzeyi, İsmayıl Dağıstanlının Xatirə muzeyi və Rəsm Qalereyası da turistlərin marağına səbəb olar. Yaxın günlərdə rayonda yeni Heydər Əliyev muzeyi fəaliyyətə başlayacaqdır.
Qax rayon meşə təsərrüfatı ərazisində çoxlu miqdarda dərman bitki növləri vardır. Turizmin inkişafı ilə əlaqədar olaraq bu dərman bitkilərinin gələcəkdə tədarükü və artırılması istiqamətində xüsusi işlərin aparılması nəzərdə tutulmuşdur. Həm xalq təbabətində geniş istifadə edilən həmin dərman bitkilərinin, həm də el sənətkarlarının düzəldikləri xatirə əşyalarının, suverenlərin satışı ilə məşğul olacaq köşklərin açılaraq turistlərə xidmət göstərilməsi nəzərdə tutulmuşdur.
Rayon Mədəniyyət və Turizm şöbəsini turizm obyektləri ilə sıx əlaqə qurmuşdur. Turizm obyektlərinə turist marşrutları haqqında məlumatlar çatdırılmış, turistlərin təbiət və mədəniyyət abidələrinə ekskursiyaları zamanı ixtisaslı bələdçilərdən istifadə olunması təklif edilmişdir.
Rayonda əhali tərəfindən xalq sənətkarlığı növlərindən dəmirçilik, ağac və daş üzərində oyma, qalayçılıq, bədii tikmə və s.yaşamaqdadır. Paşayev Həmzət İbrahim oğlu -dəmirçilik, Paşayev Bayram Həmzət oğlu, Ramazanov Vüqar Ramazan oğlu – ağac üzərində oyma, Rəsulov Əfşər Abdurahman oğlu – dülgərlik, Əfəndiyev Rasim Qəfil oğlu, Məmmədov Səxavət Abdulvahab oğlu daş üzərində oyma, Osmanov Feyzullah Saleh oğlu qədim qalayçılıq, Məmmədova Qənirə Məmməd qızı bədii tikmə və toxuma peşələrini yaşatmaqdadırlar.
Qax rayonu özünə məxsus mətbəxi ilə seçilir. Ətdən qaxacın hazırlanması və qaxacdan “Sürhüllü”–nün bişirilməsi yalnız Qax rayonuna məxsusdur. Ətin qurudulması və “Sürhüllü” nün bişirilməsi dağ kəndləri üçün daha xarakterikdir. Bu dağ kəndlərinin qış mösümündə Toyuqlu xəngəl, lobyalı, qozlu aş Qax əhalisini ən sevimli yeməklərindəndir. Bundan əlavə qoz və fındıqdan xüsusi şirniyyatlar, xorəklər hazırlanır. Rayona gəlmiş hər bir turistə rayonumuza məxsus bu ləziz yeməklər təklif olunur.
Qax rayonu kurort resursları cəhətdən zəngindir. İlisu və Sarıbaş kəndləri yaxınlığındakı və Hamam çayı boyunca yer üzünə çıxan termal bulaqlar ta qədimdən xalq təbabətində yel xəstəliyinə qarşı istifadə olunur. Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının salınması üçün gənc potensiala malikdir.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
48
429
41555