• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


Yetkinlik Yaşına Çatmayanlarla İş

YETKİNLİK YAŞINA ÇATMAYANLARIN İŞLƏRİ VƏ HÜQUQLARININ MÜDAFİƏSİ ÜZRƏ KOMİSSİYA

Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komisssiya” öz fəaliyyətini Azərbaycan Respublikasının Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Nazirlər Kabinetinin Əmir və Sərəncamlarının və Respublikanın direktiv orqanlarının hüquqi normativ aktlarının yerinə yetirilməsinə “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya” lar haqqında əsasnamənin tələblərinə uyğun olaraq onun əsas məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışlarına nəzarət etməkdən, qanuna zidd əməllərin qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir. YYÇİHM üzrə komissiyanın 12 nəfər üzvü vardır. Hər il komissiya şura iclaslarında və komissiya daxilində yetkinlik yaşına çatmayanlarla bağlı məsələ müzakirə edərək müvafiq qərarlar qəbul edir.YYÇİHM üzrə komissiya yetkinlik yaşına çatmayanlar arasında hüquqi təbliğat və onların tərbiyyəsi sahəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirir. Məktəblilərin yay tətili günlərinin şən və mənalı keçirilməsi üçün Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman idarəsi, Rayon Mədəniyyət və Turizm şöbəsi ilə birlikdə tədbirlər həyata keçirilir. RİH yanında fəaliyyət göstərən YYÇİHM üzrə komissiya yetkinlik yaşına çatmayanların Heydər Əliyev ideyaları ruhunda tərbiyə edilməsində, Vətənə məhəbbət, hərbi vətənpərvərlik, dövlətçiliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün bərpası yolunda əlindən gələni əsirgəmir.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
88
5709
115178