• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


YAP Qax Rayon Təşkilatı

YENİ AZƏRBAYCAN PARTİYASI QAX RAYON TƏŞKİLATI HAQQINDA MƏLUMAT

Azərbaycanın müasir və gələcək tarixində, xalqımızın taleyində mühüm rol oynayan və bundan sonra da mühüm rol oynayacaq Yeni Azərbaycan Partiyası 1992-ci il noyabr ayının 21-də Naxçıvanda yaradılmışdır.
Yeni Azərbaycan Partiyasının yaranması çətinliklər məngənəsində boğulan Azərbaycanın siyasi həyatında ümid çırağı yandırdı. Xalqda belə bir inam oyandı ki, həlledilməz problemlər qarşısında qalan Azərbaycana nicat verə biləcək möhtəşəm siyasi qüvvə artıq mövcuddur. Bu inamı yaradan Yeni Azərbaycan Partiyasına dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin rəhbərlik etməsi idi.
Yeni Azərbaycan Partiyasının təsis edildiyi ilk gündən partiyaya və onun rəhbərinə qarşı o vaxtkı iqtidarın qərəzli təxribat kompaniyası başlandı. Azərbaycanın bəzi rayonlarında partiyanın ilk təşkilatlarının təsis yığıncaqları qeyri-leqal şəraitdə, çox ağır vəziyyətdə keçirilir, partiya üzvlərinə müxtəlif təzyiqlər göstərilirdi. Hətta bu şəraitdə də partiya üzvlərinin sayı durmadan artır, onun sıraları möhkəmlənirdi. Qax rayonu da bu hadisələrdən kənarda qalmayıb. Belə ki, 1993-cü ilin yanvar ayında Qaxda Yeni Azərbaycan Partiyasının ilk özək təşkilatı yarandı. Həmin dövrdə özəyin 23 nəfər üzvü vardır. Bütün çətinliklərə baxmayaraq ilk özək təşkilatının ətrafında sağlam əqidəli insanlar toplaşmağa başladı. Və nəhayət 1993-cü il sentyabr ayının 19-da YAP Qax rayon təşkilatı 128 nümayəndənin iştirakı ilə ilk təsis konfransını keçirdi.Qax rayon təşkilatı hazırda respublikada fəaliyyət göstərən 83 rayon, şəhər təşkilatlarından yarandığı tarixə görə 7-ci təşkilat olmuşdur. Hal-hazırda, təşkilatda 3301 nəfər partiya üzvü vardır. Onlardan 1654 nəfəri qadınlar, 1264 nəfəri isə gənclərdir. Təşkilatın tərkibində 35 nəfərdən ibarət Şura və 11 nəfərdən ibarət İdarə Heyəti fəaliyyət göstərir. 3301 nəfər partiya üzvü 70 ərazi ilk partiya təşkilatında birləşir. YAP Qax rayon təşkilatının fəaliyyətində onun tərkib hissəsi olan Qadınlar Şurasının və Gənclər Birliyinin fəaliyyətinin xüsusi yeri vardır.
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı yarandığı gündən rayonda keçirilən bütün seçkilərdə və referendumlarda öz siyasi iradəsini nümayiş etdirərək qalib gəlmiş, böyük təcrübə qazanmışdır.
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
88
5709
115178