Ə.S.M.M.
Hər bir dövlətin ali vəzifələrindən biri əhalinin, onun hər bir üzvünün sosial müdafiəsini təmin emək, həyat səviyyəsinin daha da yüksəldilməsinə nail olmaqdır. Respublikamızda əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, ölkə Prezidentinin imzaladığı fərman və sərəncamlar, görülən digər konkret tədbirlər isə sözügedən sferada ölkəmizdə mühüm nəticələrin əldə edilməsinə gətirib çıxarmışdır. 2010-cu ildə Qax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən rayon əhalisinin sosial müdafiəyə ehtiyacı olan hissəsinin-əlillərin, yoxsul əhalinin, işsizlərin və əhalinin digər təbəqələrdən olan hissəsinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, 2010-cu ildə 710 ailəyə (2924 nəfər ailə üzvü olmaqla) orta aylıq məbləği 111,27 manat olmaqla ünvanlı sosial yardımı təyin edilmişdir. Bunlardan 2 ailə Müharibə əlillərinin, 14 ailə sağlamlıq imkanları 18 yaşadək məhdud şəxslərin, 10 ailə məcburi qaşqın və köçkünlərin, 85 ailə ümumi səbəbdən əlil şəxslərin və 90 ailə çoxuşaqlı ailə olmuşdur.
→