• AZE
  • RUS
  • ENG

Qax Rayon İcra Hakimiyyətinin rəsmi saytı


Ə.S.M.M.

ƏHALİNİN SOSİAL MÜDAFİƏ MƏRKƏZİ

Hər bir dövlətin ali vəzifələrindən biri əhalinin, onun hər bir üzvünün sosial müdafiəsini təmin emək, həyat səviyyəsinin daha da yüksəldilməsinə nail olmaqdır. Respublikamızda əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, ölkə Prezidentinin imzaladığı fərman və sərəncamlar, görülən digər konkret tədbirlər isə sözügedən sferada ölkəmizdə mühüm nəticələrin əldə edilməsinə gətirib çıxarmışdır. 2010-cu ildə Qax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən rayon əhalisinin sosial müdafiəyə ehtiyacı olan hissəsinin-əlillərin, yoxsul əhalinin, işsizlərin və əhalinin digər təbəqələrdən olan hissəsinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, 2010-cu ildə 710 ailəyə (2924 nəfər ailə üzvü olmaqla) orta aylıq məbləği 111,27 manat olmaqla ünvanlı sosial yardımı təyin edilmişdir. Bunlardan 2 ailə Müharibə əlillərinin, 14 ailə sağlamlıq imkanları 18 yaşadək məhdud şəxslərin, 10 ailə məcburi qaşqın və köçkünlərin, 85 ailə ümumi səbəbdən əlil şəxslərin və 90 ailə çoxuşaqlı ailə olmuşdur.
Həmçinin 2010-cu ildə Qax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində “Sosial Müavinətlər Haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2037 nəfərə sosial müavinət ödənilmişdir. Bunlardan 70 nəfər yaşa görə, 200 nəfər ailə başçısını itirməyinə görə və 983 nəfəri əlilliyə görə sosial müavinət almışdır. O cümlədən əlillərdən 76 nəfər I qrup əlil, 394 nəfər II qrup əlil, 236 nəfər III qrup əlil, 277 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək əlil şəxs olmuşdur.
Mərkəzdə 2010-cu ildə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanına müvafiq olaraq 165 nəfər şəhid ailəsi üzvünə “Prezident təqaüdü” ödənilmişdir. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 09 sentyabr 2008-ci 823 nömrəli Fərmanına müvafiq olaraq 123 nəfər Müharibə əlilinə “Prezident təqaüdü” ödənilmişdir (o cumlədən bunlardan 90 nəfər Qarabağ müharibəsi əlili, 19 nəfər Çernobıl əlili, 1 nəfər Əfqanıstan əlili, 13 nəfər Müharibə əlili olmuşdur).
Sosial müavinətlər “Sosisla müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq Respublika Prezidenti tərəfindən ildə bir dəfədən az olmamaq şərti ilə artırılır nömrəli Fərmanı ilə sosial müavinətlər 01 sentyabr 2010-cu il tarixdən artıralaraq, Mərkəz tərəfindən vətəndaşlara ödənilməsi təmin edilmişdir. Dövlət başçısının 08 sentyabr 2010-cu il tarixli 323 nömrəli digər Fərmanı ilə “Şəhid ailələrinə Prezident təqaüdü” 01 sentyabr 2010-cu il tarixdən 50% artırılaraq 150 manat məbləğində müəyyən edilmişdir.
Həmçinin Sosial Müdafiəsi Mərkəzinin “Əlil, tənha, və ahıllara sosial xidmətin təşkili sektoru” tərəfindən 2010-cu ildə rayonumuzun 313 nəfər tənha, ahıl və əlil şəxslərinə sosial xidmət göstərilmişdir. Mərkəzin sosial işçiləri tərəfindən ahıl, əlil və tənha şəxslərə gündəlik sosial-məişət xidməti göstərilir, onların evlərində təmizlik işləri aparılır, müəyyən məsələlərin həllində onlara lazımi köməklik göstərilir. Sosial Müdafiə Mərkəzində 01 oktyabar 2010-cu il tarixində Qax rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə “Ahıllar günü” münasibətilə bayram süfrəsi açılmış 309 nəfər ahıl və əlil şəxsə pul hədiyyəsi verilmişdir.


RƏHBƏRİN ADI: İMAMOVA VƏFA SURXAY QIZI

ƏLAQƏ TELEFONU: 0-144-5-21-25

ÜNVAN: QAX ŞƏHƏRİ 20 YANVAR KÜÇƏSİ 89
Geri   Yuxarı   Çap et
© 2009 Qax Rayon İcra Hakimiyyəti
Qax rayonu, Azərbaycan
Tel.: (+994 144) 5-33-51
E-mail: qax_rih@aztelekom.net
           qax_rih@box.az
88
5709
115178