MƏŞĞULLUQ MƏRKƏZİ
QAX RAYON MƏŞĞULLUQ MƏRKƏZİ HAQQINDA MƏLUMAT
Rayon Məşğulluq Mərkəzi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin müstəqil struktur bölməsi olmaqla “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq yerlərdə dövlət məşğulluq siyasətini, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində tədbirləri həyata keçirən dövlət orqanıdır.
Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərar, sərəncam və əmrlərini, Baş Məşğulluq İdarəsinin əmrlərini rəhbər tutur və onların icrasını təmin edir.
Mərkəz öz fəaliyyətini yerli dövlət idarəetmə, icra hakimiyyəti və özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, eləcə də mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq rayon ərazisində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlarla qarşılıqlı əlaqədə həyata keçirir, məcburi dövlət sosial sığorta və saitləri hesabına maliyələşir.