Statistika İdarəsi
QAX RAYON STATİSTİKA İDARƏSİ HAQQINDA MƏLUMAT
Qax rayon Statistika idarəsi 1964-cü ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə şəhərin müxtəlif ünvanlarında yerləşmiş, 2008-ci ildən möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə tikilib istifadəyə verilən yeni inzibati binası Heydər Əliyev prospekti 2a ünvanında yerləşir.
12 nəfər işçisi var.
Rəsmi statistikanın əsas məqsədi ilkin məlumatların məxfiliyini təmin etməklə ölkədə sosial-iqtisadi vəziyyəti, elmi texniki inkişafı, ölkə, region və sahə səviyyəsində qarşılıqlı təsərrüfat əlaqələrini, struktur dəyişikliklərini və istehsalın səmərəliliyini səciyyələndirən statistik məlumatlarla idarə etmə orqanlarının, iqtisadi subyektlərin, elmi işçilərin ehtiyaclarının öyrənilməsindən ibarətdir.