ARXIV
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 17.12.2010-cu il tarixdə Qax rayonunda məlumatlandırma xarakterli tədbir keçirildi.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və QHT-lərin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə RİH İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Məhərrəm Məhərrəmov açaraq qonaqları və tədbir iştirakçılarını salamlamış, sözü Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı Direktoru Fərasət Qurbanova vermişdir.
→Respublikamızda Ulu Öndər Heydər Əliyevin siyasi kursu, təhsil sisteminin inkişafına göstərdiyi diqqət və qayğı ənənəsi ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Rayonda digər sahələrdə olduğu kimi, təhsilin inkişafında da nəzərə çarpacaq irəliləyişlər vardır. Təsadüfi deyildir ki, Qax təhsili bu gün ölkədə birincilər sırasındadır. Hər il ali məktəblərə 150-dən çox məzun qəbul olunur.
2009-2010-cu il tədris ilində 140 nəfər məzun tələbə adını qazanmış, onlardan 11 nəfəri 600-dən çox bal toplamışdır. Hər il olduğu kimi, bu il də ənənəvi olaraq 600-dən çox bal toplayan məzunlarla görüş keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, təhsil işçiləri və tələbə adını qazanmış məzunlar şəhərin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər.
Görüş “Min bir dad” restoranında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan RİH başçısının Təhsil, Səhiyyə və Mədəniyyət üzrə müavini Ziyafət Xasıyeva çıxış edərək rayonumuzun fəxri olan, yenicə tələbə adını qazanmış gəncləri, valideynləri və müəllimləri təbrik etmişdir.
→Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkə Prezidentinin müvafiq Sərəncamı ilə qəbul edilmiş İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə respublikamızın bölgələrində səfərdə olmuşdur.
Ombudsmanın Qax rayonuna səfəri zamanı keçirilən tədbirdən əvvəl iştirakçılar Mərkəzi meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər.
→Qax rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Milli Mətbuatının 135 illiyi, 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Mərkəzi meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq yubiley münasibətilə jurnalistləri təbrik etmiş, 135 illik tarixə malik Azərbaycan mətbuatının bu gün üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəldiyini bildirmişdir.
→İyun ayının 22-dən 30-dək rayonda respublika rəssamlarının yaradıcılıq emalatxanası keçirilmişdir. Rəssamlar rayonun İlisu kəndində təbiətin qoynunda olaraq, öz fikir və duyğularını, təbiət mənzərələrini ağ kağıza köçürmüşlər.
Yekun tədbir iyunun 30-da rayon Rəsm Qalereyasında keçirilmiş, 10 nəfər rəssamın 28 ədəd rəsm əsəri qalereyanın foyesində sərgilənmişdir. Rayon ictimaiyyətinin nümayəndələri sərgiyə maraqla tamaşa etmişlər.
→Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Qax Rayon İcra Hakimiyyətinin akt zalında yığıncaq keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə mərkəzi meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi rəhbərə sonsuz ehtiramlarını bildirmişlər.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qulluğu sahəsində çalışanların fəaliyyətini daim yüksək qiymətləndirdiyini minnətdarlıq hissi ilə qeyd etmişdir.
→İyun ayının 17-də Qax şəhərində II Respublika Kukla Teatrları Həftəsi öz işinə başladı. Tədbirdə ölkədə fəaliyyət göstərən 5 Kukla Teatrı – A.Şaiq adına Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı və Qax Dövlət Kukla Teatrı öz kollektivləri ilə təmsil olunmuşdular.
Tədbir başlamazdan əvvəl Qax RİH başçısı Musa Şəkiliyev, rayon ictimaiyyətinin nümayəndələri, teatrların kollektivləri və qonaqlar şəhərin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoymuş, onun əziz xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir Qax Dövlət Kukla Teatrında davam etdirilmişdir.
→17 İyun - Səhiyyə İşçiləri Günü münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbir başlamazdan əvvəl RİH başçısı M.Şəkiliyev, səhiyyə işçiləri və ictimaiyyətin nümayəndələri şəhərin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoymuş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər.
Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbiri xəstəxananın baş həkimi, respublikanın Əməkdar həkimi F.Əhmədzadə açaraq ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində səhiyyə sahəsində aparılan köklü dəyişikliklərdən, xalqın istifadəsinə yeni-yeni müalicə ocaqlarının verilməsindən, o cümlədən 2010-cu ildə yeni təmirdən sonra rayon mərkəzi xəstəxanasının müasir standartlara uyğun fəaliyyət göstərməsindən danışmışdır. Həkim C.Hacıyev, R.Məmmədova, R.Kazımov və M.Hacıyeva indidən sonra da fəaliyyətlərində daim Hippokrat andına sadiq olacaqlarını və xalqın xidmətində şərəflə dayanacaqlarını bildirmiş, həmkarlarını bayram münasibətilə təbrik etmişlər.
→Qax Rayon İcra Hakimiyyətinin akt zalında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş yığıncaq keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Yığıncağı giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq tədbir iştirakçılarını əlamətdar tarixi gün münasibətilə təbrik etmiş, 1993-cü il iyunun 15-nin Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıc günü kimi, tariximizə qızıl hərflərlə əbədi həkk olunduğunu xüsusi vurğulamışdır.
→May ayının 18-dən iyun ayının 18-dək respublikamızda “İnsan Hüquqları” aylığı elan edilmişdir.
Rayonda da bu istiqamətdə hazırda tədbirlərin keçirilməsi davam edir. Aylıq çərçivəsində Rayon İcra Hakimiyyəti və rayon Prokurorluğunun təşkilatçılığı ilə S.Vurğun adına rayon Mədəniyyət evində mədəniyyət işçiləri ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm şöbəsinin inspektoru D.Əzizova açmışdır.
→