ARXIV
Qax Rayon İcra Hakimiyyətinin akt zalında “Azərbaycanda dövlət və din münasibətləri” mövzusunda seminar-treninq keçirilmişdir.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, dini işləri icra edən şəxslər, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak etmişdir.
Seminar-treninqi giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının Təhsil, Səhiyyə və Mədəniyyət üzrə müavini, RİH başçısı yanında Dini məsələlər üzrə komissiyanın sədri Ziyafət Xasiyeva açaraq ölkədə dövlətin siyasətinin həyata keçirilməsi, radikal dini qrupların zərərləşdirilməsi, milli-mənəvi dəyərlərin, tolerantlığın qorunub saxlanması istiqamətində dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazasının olduğunu, tolerant rayon olan Qaxda yaşayan millətlərin hər birinin öz dinlərinə hörmətlə yanaşdıqlarını vurğulamışdır.
→Qaxda 23 İyun - Dövlət Qulluqçuları Günü münasibətilə tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və rayonun idarə, təşkilat və müəssisələrində çalışan dövlət qulluqçuları şəhərin mərkəzi meydanında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbiri giriş sözü ilə Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq dövlət qulluqçularını bayram münasibətilə təbrik etmiş, müstəqil dövlətimizin təşəkkül tapmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə qazanılan uğurlardan bəhs etmişdir.
→Qaxda 15 iyun - Milli Qurtuluş Gününün 18-ci ildönümünə həsr olunmuş rayon tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl RİH başçısı M.Şəkiliyev və rayon ictimaiyyətinin nümayəndələri şəhərin Mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə RİH başçısı M.Şəkiliyev açaraq Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində, Azərbaycanda müstəqil dövlət quruculuğunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışmış, 15 İyun – Milli Qurtuluş Gününün sülhün və sabitliyin təmin olunmasında yeni mərhələnin başlanğıcı olduğunu bildirmişdir.
→S.Vurğun adına Qax Rayon Mədəniyyət Evində rayon gənclərinin VI ümumrespublika forumu ilə əlaqədar toplantı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanında ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların məzarlarını ziyarət etmiş, qəbirləri üzərinə gül - çiçək dəstələri düzmüşlər. Sonra şəhərin mərkəzi meydanında ucaldılmış Ulu Öndərimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Rayon Gənclər və İdman idarəsinin rəisi Əlövsət Bayramov Azərbaycan gənclərinin V forumundan ötən dövr ərzində görülmüş işlər barədə məruzə etmişdir. Ümummilli lider Heydər Əliyevin gənclərə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bildirmişdir ki, məhz böyük rəhbərin Sərəncamları ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, dövlət gənclər siyasətinin icrasına başlanılmışdır.
1996-cı ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan gənclərinin I forumu keçirilmiş, fevralın 2-si “Azərbaycan Gəncləri Günü” elan edilmişdir.
Bildirilmişdir ki, dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf etdirilmişdir.
→26 may 2011- ci il tarixdə rayon Mədəniyyət evində Qax rayon Uşaq İncəsənət məktəbinin 2010-2011-ci il tədris ilinin yekunlarına dair hesabat konserti keçirilmişdir. Yekun konsert məktəbin xor kollektivinin çıxışı ilə başlamışdır. Hesabat konsertində məktəbin şagird və müəllimlərinin ifasında 29 nömrə ifa olunmuşdur.
Tədbirdə rayonun müxtəlif idarə və təşkilatlarının nümayəndələri, şəhər məktəblərinin şagirdləri iştirak etmişlər.
→Qax rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan Respublikasının müstəqilliyinin 20 illik yubileyinə həsr olunmuş “Kitabla gələcəyə” adlı kitab bayramı keçirilmişdir. Tədbir 3 gün davam etmişdir.
17 mayda asfalt üzrəində “Müstəqil Azərbaycan” adlı rəsm müsabiqəsi, 18 may “Milli mənəvi dəyərlərimizin qorunmasında kitabxanaların rolu” adl dəyirmi masa, 19 may isə geniş rayon ictiamiyyətinin iştirakı ilə “Kitabla gələcəyə” adlı kitab bayramı keçirilmişdir. Bayram tədbiri S.Vurğun adına rayon Mədəniyyət evinin qarşısında keçirilmişdir.
→14 may 2011-ci il tarixində Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin “Min bir dad” şadlıq evində “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş rayon tədbiri keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı M.Şəkiliyev, rayon ictimaiyyətinin nümayəndələri və müxtəlif yaş təbəqələrini təmsil edən nümunəvi ailələr iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları rayonun Mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Sonra iştirakçılar şadlıq evinin foyesində əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
Rayon İcra Hakimiyyətinin başçısı M.Şəkiliyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları əlamətdar gün münasibətilə təbrik edərək bu gün ailə məsələlərinin həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən biri olduğunu vurğulamış və nümunəvi ailələri İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə təltif etmişdir.
→18 aprel 2011-ci il tarixdə Qax Rayon İcra Hakimiyyətinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 12 aprel 2011-ci il tarixdə Nazirlər Kabinetinin 2011-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları ilə bağlı keçirilmiş iclasının tələbləri baxımından rayonda görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevin məruzəsi dinlənilmişdir.
→Qax Rayon İcra Hakimiyyətinin kiçik zalında 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş igid həmvətənlərin məzarlarını ziyarət etmiş, qəbirləri üzərinə gül - çiçək dəstələri düzmüşlər. Şəhidlərin ruhuna dualar oxunmuş, xatirələri ehtiramla yad edilmişdir.
→Ulu əcdadlarımızın əski bayramlarından biri olan, yurdumuza arzuları qanadlandıran, elə, obaya, ailələrə sevinc bəxş edən Novruz müjdəli bahar gəlir.
Xalqımızın ən sevimli milli bayramı olan Novruzu qaxlılar da böyük sevinc, ruh yüksəkliyi ilə, bir-birindən gözəl, məzmunlu mərasimlərlə qarşılayırlar.
Martın 17-də şəhərin Nizami parkında yeni həyat gətirən, qəlbləri sevindirən, təbiəti oyadan, bayramların ən seviləni olan Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
Novruz şənliyi Dədə Qorqudun gəlişi ilə başlamışdır. O, yurdumuza qədəm basan Novruz bayramı münasibətilə hamını təbrik etmiş, ellərə şənlik, əmin-amanlıq, ocaqlara gur alov, evlərə işıq, sevinc, insanlara mehribanlıq, can sağlığı arzulamışdır.
→