Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyev rayonumuzda səfərdə olub

07 avqust 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev avqustun 3-də  rayonumuza səfərə gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşdur.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verərək bildirmişdir ki, son illər rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşmış, rayonda bir çox sosial infrastruktur obyektləri tikilmiş, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılmışdır.

Keçidlər