Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Prezident İlham Əliyevin yekun nitqindən irəli gələn vəzifələrlə bağlı rayon müşavirəsi keçirilib

09 avqust 2017 | 16:00

Avqustun 8-də  rayonumuzda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr edilmiş respublika müşavirəsində Prezident İlham Əliyevin yekun nitqindən irəli gələn vəzifələrlə bağlı rayon İcra Hakimiyyətində yığıncaq keçirilmişdir.
Yerli inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və sahibkarların iştirak etdiyi yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev respublika müşavirəsində dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı məlumat vermişdir. O, həmçinin bildirmişdir ki, 2017-ci ildə rayonda 12508 kq barama istehsal olunmuş, 605,8 hektar sahədə tütün əkini aparılmışdır. Baramaçılğın yem bazasının gücləndirilməsi məqsədilə rayonun daxili imkanları hesabına yetişdirilmiş 60 min tut tingi toxmacarı yerli inzibati ərazi dairələri üzrə nümayəndəliklərə bölüşdürülərək böyütmə sahələrində əkilməsi təmin olunmuşdur. Rayonda fındıq istehsalının artırılması məqsədilə 2016-cı ilin payız əkini mövsümü ərzində 1275 hektar, 2017-ci ilin yaz əkini mövsümü ərzində 513 hektar sahədə yeni fındıq bağları salınmışdır. Ümumiyyətlə son 3-4 il ərzində fındıq bağlarının sahəsi 2800 hektar genişləndirilərək 6800 hektara çatdırılmışdır.
Yığıncaqda bu il rayonda barama və tütün istehsalı, eləcə də fındıq bağlarının salınması sahəsində görülmüş işlər təhlil edilmiş, 2018-ci il üçün vəzifələr müəyyənləşdirilmişdir.
Tədbirdə çıxış edənlər rayonda tütün istehsalının, ting əkinlərinin, fındıq bağlarının və barama istehsalının vəziyyəti barədə ətraflı məlumat vermişlər.

Keçidlər