Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Səyyar kitabxana rayonumuzdadır

16 avqust 2017 | 16:00


       Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) həyata keçirdiyi irimiqyaslı layihələrdən biri olan “Səyyar Kitabxana” layihəsi yenidən fəaliyyətə başlamışdır.
       2012-ci ilin noyabrında başlanmış layihənin təntənəli açılış mərasimi 7 aprel 2013-cü ildə Bakı şəhərində olmuşdur.
       2013-cü ildən “Gəzən kitabxana” adı ilə start götürən layihə hazırda “Səyyar Kitabxana” adı altında öz fəaliyyətini davam etdirir. Layihə çərçivəsində kitabxananın növbəti səfəri rayonumuzadır və avqust ayının 21-nə kimi fəaliyyət göstərəcək. Üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 5 min kitab və 15 min elektron kitab toplanıb. Kitabxana bir neçə kompüter, geniş ekranlı televizor və digər texniki vasitələrlə təchiz edilib.
      "Səyyar Kitabxana" layihəsinin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa olan marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasından ibarətdir.

Keçidlər