Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib

16 avqust 2017 | 16:00

            Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə avqustun 15-də rayonumuzda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilmişdir.
          Tədbirdə dini işlər üzrə komissiyanın üzvləri, ziyalılar, gənclər, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
          Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyəti aparatının məsul nümayəndəsi İlqar Abbasov dövlət-din münasibətlərindən, ölkədəki tolerantlıq ənənələrindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində dini maarifləndirmənin əhəmiyyətindən danışmışdır. 
          Tədbirdə çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov “İslam Həmrəyliyi İli” çərçivəsində komitə tərəfindən silsilə tədbirlərin həyata keçirildiyini, bugünkü konfransın da əsas məqsədinin pedaqoji fəaliyyətlə məşğul olan insanların, yerli icra orqanları və bələdiyyə qurumlarında çalışan şəxslərin İslam həmrəyliyi mövzusu ilə bağlı fikirlərini öyrənmək, Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrinin qorunub saxlanması və təşviqinə nail olmaq məqsədi daşıdığını diqqətə çatdırmışdır.
           Konfransda “Azərbaycanlı, yoxsa müsəlman: hansı bizim üçün daha önəmlidir?”, “Dindar olub müasir olmaq mümkündürmü?”, “Dindar gənclik dünyəvi gənclikdən nə ilə fərqlənməlidir?” sualları ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının, gənclərin fikirləri dinlənilmişdir.
          Konfransın sonunda iştirakçıların sualları cavablandırılmışdır.

 

Keçidlər