Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

13 sentyabr 2017 | 16:00

             Sentyabrın 12-də  rayonumuzda təhsil işçilərinin ənənəvi sentyabr konfransı  keçirilmişdir. Konfransdan əvvəl rayonun qabaqcıl təhsil işçiləri ümummilli lider Heydər Əliyevin  abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
                Konfrans iştirakçıları sonra tədbirin keçirildiyi 2 nömrəli məktəb-liseyin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxmışlar. Daha sonra rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyevin hesabat məruzəsində 2016/2017-ci tədris ilində görülən işlər ətraflı təhlil olunmuş, qazanılan uğurlar və qarşıda duran vəzifələrdən bəhs edilmişdir.
Konfransda rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və Təhsil Nazirliyinin nümayəndəsi Səadət Veysova çıxış edərək, təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulamış, tövsiyələrini çatdırmışlar.
              Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara, həmçinin diaqnostik qiymətləndirmə ilə bağlı keçirilən imtahanda 60 bal toplayan müəllimlərə, qabaqcıl təhsil işçilərinə fəxri fərmanlar təqdim olunmuşdur.

 

Keçidlər