Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax müəllimləri “5 Oktyabr - Beynəlxalq Müəllimlər günü”nü rayon ictimaiyyəti ilə birgə qeyd edib

06 oktyabr 2017 | 16:00

                                                        

        5 Oktyabr - dünyada ən şərəfli, məsuliyyətli, müqəddəs peşə sahibi olan müəllimlərin bayramıdır.  
        Bu bayram  rayonumuzda da təntənə ilə qeyd olunmuşdur.  Tədbir iştirakçıları əvvəlcə ümummili lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etmişdir.
        Rayon rəhbərliyinin, qabaqcıl müəllimlərin, ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmış, rayon müəllimlərinin qazandıqları uğurlardan bəhs etmişdir. Bildirmişdir ki, 1966-cı ildə UNESCO tərəfindən təsis edilən Beynəlxalq Müəllim günü 1993-cü ildən, Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra qeyd olunur. Ümummilli lider Heydər Əliyev müəllim peşəsinə, müəllim əməyinə həmişə yüksək qiymət vermişdir. Ulu Öndərin bu siyasi xətti hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün təhsilə, müəllimə diqqət göz qabağındadır. Müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan dövlət siyasəti məktəbə və müəllimə qayğının bariz nümunəsidir.
       Diqqətə çatdırmışdır ki, hazırda rayonun ümumtəhsil məktəblərində gənc nəslin təlim-tərbiyəsi ilə 1300-dən çox müəllim məşğul olur. Son illər müəllimlərdən səkkiz nəfəri “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, səkkiz nəfər “Tərəqqi” medalı, 16 nəfər isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Ötən dövr ərzində rayonun dörd məktəbi “Ən yaxşı ümumtəhsil məktəbi”, Yeddi nəfər müəllim isə “Ən yaxşı müəllim” respublika müsabiqəsinin qalibi olmuşdur. Sevindirici haldır ki, Prezident İlham Əliyevin bu il oktyabrın 3-də imzaladığı Sərəncamla şəhər 2 nömrəli məktəb-liseyin müəllimləri Zalxa Razıyeva “Əməkdar müəllim” fəxri adına, İradə Mehdiyeva isə “Tərəqqi” medalına layiq görülmüşlər. .
       Tədbirdə çıxış edənlər müəllimləri peşə bayramları münasibətilə təbrik etmiş, onlara pedoqoji fəaliyyətlərində uğurlar arzulamışlar.
   Sonda uzun illər təhsildə səmərəli fəaliyyətinə və təhsilin keyfiyyətinin yüksəldilməsində əldə etdiyi nailiyyətlərə görə fərqləndiyi üçün  bir qrup təhsil işçisi icra hakimiyyəti tərəfindən qiymətli hədiyyə və fəxri fərmanlarla təltif edilmişdir.

Keçidlər